23 oktyabr 2024. Çərşənbə

Avroliqa: Fənərbaxça'dan darmadağın


  • Avroliqa
  • 10:12 05.08.2022
  • Oxunma sayı: 142
Avroliqa: Fənərbaxça'dan darmadağın
Bu gün Avropa Liqasında 2022/23 mövsümünə start verilib. Corner.az xəbər verir ki, turnir 3-cü təsnifat mərhələsininin ilk oyunları ilə başlayııb. Bu raundda 14 komandanın iştirakı ilə 7 görüş baş tutub.
 
Gecənin maraqla gözlənilən matçlarından biri Türkiyədə baş tutub. "Fənərbaxça" evdə Çexiyanın "Slovaçko" komandasını qəbul edib və 3 cavabsız qolla qalib gəlib.
 
"Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubunun Avroliqadakı potensial rəqibləri olan İrlandiyanın "Şemrok Rovers" və Şimali Makedoniyanın "Şkupi" klubları Dublində qarşılaşıblar. Dörd qolun qeydə alındığı matçda meydan sahibləri qələbəyə seviniblər.  Yunanıstan "Olimpiakos"u isə doğma meydanda Slovakiya "Slovan"ı ilə heç-heçə edib.
 
Bu mərhələnin cavab görüşləri avqustun 11-də keçiriləcək.
 
Avropa Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
4 avqust
 
AEK (Larnaka, Kipr) - Partizan (Serbiya) 2:1

Malmö (İsveç) - Düdelanj (Lüksemburq) 3:0

Fənərbaxça (Türkiyə) - Slovaçko (Çexiya) 3:0

Maribor (Sloveniya) - HJK (Helsinki, Finlandiya) 0:2

Linfild (Şimali İrlandiya) - Sürix (İsveçrə) 0:2

Şemrok Rovers (İrlandiya) - Şkupi (Şimali Makedoniya) 3:1

Olimpiakos (Yunanıstan) - Slovan (Bratislava, Slovakiya) 1:1






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi