- Avroliqa
- 21:00 11.11.2024
UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.
Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İngiltərənin “Arsenal” və “Chelsea” komandalarının futbolçuları iddia edir. Bunlar Pyer-Emerik Obameyanq, Aleksandr Lyakzett (hər ikisi “Arsenal”), Ruben Loftus-Çik və Kepa Arrisabalaqadır (hər ikisi “Chelsea”).
“Topçular” Obameyanqın het-triki və Lyakazettin qolu sayəsində İspaniyada “Valenscaa”nı 4:2 hesabı ilə məğlub edib. Digər yarımfinal görüşündə isə Loftus-Çikin qolu və Kepanın seyvi “Chelsea”nin “Eintracht”ı keçməyə kömək olub (1:1, pen. 4:3).
Qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda “Arsenal” və “Chelsea” qarşılaşacaq.