22 noyabr 2024. Cümə

Emery: Bakıda kuboku qazanaraq, yeni tarix yazmaq istəyirik"


  • Avroliqa
  • 11:17 10.05.2019
  • Oxunma sayı: 529
Emery: Bakıda kuboku qazanaraq, yeni tarix yazmaq istəyirik"

"Finala yüksəldiyimiz üçün xoşbəxtik, amma məqsədimizə çatmaqdan ötrü daha bir çətin oyun keçirməliyik. Finalda oynamaq çox çətindir. Bakıda azarkeşlərimizə xüsusi anlar bəxş etmək istəyirik". 

Corner.az xəbər verir ki, bunu İngiltərə "Arsenal"ının baş məşqçisi Unai Emery Avropa Liqasının yarımfinalında "Valencia"ya 4:2 hesabı ilə qalib gələrək, finala yüksəldikləri cavab oyunundan sonra deyib. 48 yaşlı mütəxəsis yeni tarix yazmaq istədiklərini bildirib: "Çempionlar Liqasında iştirak etmək üçün 2 yolumuz var idi. Premyer Liqada şansımızı itirdiyimizdən, məqsədimiz kuboku qazanıb, növbəti mövsüm Çempionlar Liqasında çıxış etməkdir. Biz kuboku qazanaraq yeni tarix yazmaq istəyirik". 

Emery "Valencia" ilə matçlarda xarakter nümayiş etdirdiklərini də vurğulayıb: "Valencia" ilə hər iki matçda geriyə düşüb hesabı öz xeyrimizə çevirdik. Oyunçularım xarakter nümayiş etdirdilər. Hücumçularımız müdafiə planında yaxşı çıxış etdi. Onların hamısını təbrik edirəm. Bu mövsüm heç bir komanda "Valencia"ya 4 qol vura bilməmişdi. Amma biz bunu edə bildik".

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Chelsea" - "Arsenal" matçı saat 23:00-da başlayacaq.







Avroliqa