21 mart 2026. Şənbə

Avroliqa: Sivasspor məğlub, Fənərbaxça qələbə ilə qayıdır


  • Avroliqa
  • 08:54 19.08.2022
  • Oxunma sayı: 192
Avroliqa: Sivasspor məğlub, Fənərbaxça qələbə ilə qayıdır

Avropa Liqasında bu gün pley-off mərhələsinə start verilib. Corner.xəbər verir ki, 10 oyunun hamısı eyni gündə keçirilib.

Türkiyənin turnirdəki təmsilçilərindən “Sivasspor” İsveçdə “Malmö”nün, “Fənərbaxça” isə Avstriyada “Austriya” (Vyana) komandasının qonağı olub. Sivas təmsilçisinin 1:3 hesabıyla məğlub olduğu gündə İstanbul təmsilçisi səfərdə inamlı qələbə qazanıb.

“Qarabağ”ın UEFA Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı “Sürix” İsveçrədə “Harts”ı, “Ferentsvaroş” isə Macarıstanda İrlandiyanın “Şemrok Rovers” klubunu qəbul edib. Hər iki matçda meydan sahibləri qələbəyə sevinən tərəf olub

Cavab qarşılaşmaları avqustun 25-də keçiriləcək.

Avropa Liqası
Pley-offun ilk oyunları
18 avqust

HJK (Finlandiya) – Silkeborq (Danimarka) 1:0

Ferentsvaroş – Şemrok Rovers (İrlandiya) 4:0

Sürix (İsveçrə) – Harts (Şotlandiya) 2:1

Malmö (İsveç) – Sivasspor (Türkiyə) 3:1

Apollon (Kipr) – Olimpiakos (Yunanıstan) 1:1

Pünik (Ermənistan) – Şerif (Moldova) 0:0

Ludoqorets (Bolqarıstan) – Jalgiris (Litva) 1:0

Dnepr-1 (Ukrayna) – AEK (Larnaka, Kipr) 1:2

Gent (Belçika) – Omoniya (Kipr) 0:2

Austriya (Vyana, Avstriya) – Fənərbaxça (Türkiyə) 0:2







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"