- Avroliqa
- 21:00 11.11.2024
"Həqiqətən də çox xoşbəxtəm. Qürur duyuram ki, "Qızıl buts"u Məhəmməd Salah və Sadio Mane ilə bölüşürəm.Biz Afrikanı təmsil edirik və bu, qitəmiz üçün yaxşı əlamətdir".
Corner.az "Daily Mail"ə istinadən xəbər verir ki, bunu İngiltərə Premyer Liqasında 2018-2019 mövsümündə Məhəmməd Salah və Sadio Mane ilə birlikdə 22 qol vuraraq mövsümün bombardiri olan "Arsenal"ın hücumçusu Pier-Emerick Aubameyang deyib. 30 yaşlı hücumçu Bakıda keçiriləcək Avropa Liqasının finalı barədə də danışıb: "Təəssüf ki, biz final oyununu iki həftədən artıq gözləməliyik. Amma bu qarşılaşmaya ciddi yanaşacaq və finala hazır olacağıq".
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Arsenal"ın rəqibi "Chelsea" olacaq. Oyun saat 23:00-da başlayacaq.