5 dekabr 2025. Cümə

Roma, Mançester Yunayted, Arsenal və ya Qarabağ'ın mümkün rəqibləri


  • Avroliqa
  • 11:18 25.08.2022
  • Oxunma sayı: 206
Roma, Mançester Yunayted, Arsenal və ya Qarabağ'ın mümkün rəqibləri

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin püşkatmasındakı səbəti dəqiqləşib. Corner.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri 2-ci səbətə düşəcək. Buna Çempionlar Liqasının dünənki matçlarında “Srvena Zvezda” və “Kopenhagen”in mərhələ adlaması səbəb olub. Bu komandaların Avropa Liqasına düşməməsi “Qarabağ”ın 2-ci səbətdə yerini təmin etməsi ilə nəticələnib.

Artıq 22 komandanın qrupda iştirakı dəqiqləşib. Digər 10 komanda bu gün bəlli olacaq. 

“Qarabağ” reytinqinə görə qrupda oynaya biləcək ən azı 15-ci komandadır.  “Olimpiakos” və “Gent”in tur adlamaması Ağdam klubunu bir az da irəli sala bilər. Amma istənilən halda çempionumuz 2-ci “8-lik”də olacaq.

Qeyd edək ki, sabah İstanbulda baş tutacaq püşkatma Bakı vaxtı ilə 15:00-da başlayacaq.

1-ci səbət
“Roma”, “Mançester Yunayted”, “Arsenal”, “Braqa”, “Latsio”, “Srvena Zvezda”, “Dinamo” (Kiyev), “Olimpiakos”*

2-ci səbət
“Feyenoord”, PSV, “Gent”*, “Renn”, “Monako”, “Real Sosyedad”, “Qarabağ”, “Malmö”*

3-cü səbət
“Lüdoqorets”*, “Şerif”*, “Betis”, “Midtülland”, “Bodo Qlimt”, “Ferensvaroş”*,“Union” (Almaniya),“Frayburq”

4-cü səbət
“Fənərbaxça”*, “Nant”, HİK*, “Şturm”, AEK*, “Harts”*, “Union” (Belçika), “Trabzonspor”

 

* - bu komandalar bu gün Avropa Liqasında pley-offu adlamalıdır ki, göstərilən səbətə düşsün. Əks halda isə ona qalib gələn komanda sonuncu səbətə düşəcək, digərləri isə bir addım irəliləyəcək.







Avroliqa