- Avroliqa
- 01:59 28.11.2025
Bu gün Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, qarşılaşmaların ardından qrup mərhələsinə vəsiqə qazanan sonuncu 10 komandanın adı bəlli olub.
Türkiyənin turnirdəki təmsilçilərindən "Fənərbaxça" Avstriyanın “Austriya" (Vyana) komandası, "Sivasspor" isə İsveç "Malmö"sü ilə üz-üzə gəlib. İstanbul təmsilçisi ilk matçda 2:0 hesablı qalib gəlmişdisə, sivaslılar rəqibinə məğlubiyyətdən xilas ola bilməmişdi – 1:3. Cavab oyunlarında da “Fənərbaxça” qələbəyə sevinibsə, Sivas klubu məğlubiyyətlə üzləşib və Avroliqa ilə vidalaşıb.
"Qarabağ"ın UEFA Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı İsveçrə “Sürix”i Şotlandiyada "Harts"ın, Macarıstasn "Ferentsvaroş"u İrlandiyada "Şemrok Rovers"un qonağı olub. Cavab görüşlərində sərfəli nəticə qazanan Sürix və Budapeşt təmsilçiləri Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıblar. Moldova "Şerif"i doğma meydanda Ermənistan "Pünik"ini qəbul edib. Moldova təmsilçisinin ilk matçında qapılara qol vurulmayıb. Cavab görüşündə də qapılara qol vurulmayıb.Əlavə vaxta da qalib müəyyənləşməyincə, penaltilər seriyasına ehtiyac duyulub. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Moldova klubu rəqibini mübarizədən kənarlaşdırıb.
Avropa Liqası
Pley-offun cavab oyunları
25 avqust
AEK (Larnaka, Kipr) - Dnepr-1 (Ukrayna) 3:0
İlk oyun - 2:1
Jalgiris (Litva) - Ludoqorets (Bolqarıstan) 3:3
İlk oyun - 0:1
Silkeborq (Danimarka) - HJK (Finlandiya) 1:1
İlk oyun - 0:1
Fənərbaxça (Türkiyə) - Austriya (Vyana, Avstriya) 4:1
İlk oyun - 2:0
Omoniya (Kipr) - Gent (Belçika) 2:0
İlk oyun - 2:0
Şerif (Moldova) - Pünik (Ermənistan) 0:0 (penaltilər 3:2)
İlk oyun - 0:0
Sivasspor (Türkiyə) - Malmö (İsveç) 0:2
İlk oyun - 1:3
Harts (Şotlandiya) - Sürix (İsveçrə) 0:1
İlk oyun - 1:2
Olimpiakos (Yunanıstan) - Apollon (Kipr) 1:1 (penaltilər 3:1)
İlk oyun - 1:1
Şemrok Rovers (İrlandiya) – Ferentsvaroş (Macarıstan) 1:0
İlk oyun – 0:4