29 yanvar 2026. Cümə axşamı

Qrupdakı ən güclü komanda Olimpiakos'dur


  • Avroliqa
  • 09:34 27.08.2022
  • Oxunma sayı: 164
Qrupdakı ən güclü komanda Olimpiakos'dur

"Qrupdakı ən güclü komanda "Olimpiakos"dur".

Corner.az-ın məlumatına görə, bunu "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransa "Nant"ının fransalı baş məşqçisi Antuan Kombuare mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis bəzi futbolçuların qrup mərhələsində İtaliyanın "Roma", İngiltərənin "Arsenal" və "Mançester Yunayted" klubları ilə düşmək istədiyini bildirib: "Çətin qrupda yer almışıq. Çünki biz kiçik barmağıq və avrokuboku yenidən kəşf edəcəyik. Bu turnirdə sonadək mübarizə aparmaq və Fransa futbolunu layiqincə təmsil etmək niyyətindəyik".

Qeyd edək ki, "Qarabağ" G qrupunda "Nant"la yanaşı Yunanıstanın "Olimpiakos" və Almaniyanın "Frayburq" klubları ilə üz-üzə gələcək.







Avroliqa