29 yanvar 2026. Cümə axşamı

Qarabağ'ın rəqibi erməni futbolçunu Bakıya gətirməyəcək


  • Avroliqa
  • 10:23 27.08.2022
  • Oxunma sayı: 153
Qarabağ'ın rəqibi erməni futbolçunu Bakıya gətirməyəcək

Fransanın "Nant" klubunun erməni əsilli futbolçusu Qor Manvelyan "Qarabağ"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarından birini buraxacaq.

Corner.az xəbər verir ki, bu barədə Ermənistanın teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, 20 yaşlı yarımmüdafiəçi "köhlən atlar"la matç üçün Azərbaycana gətirilməyəcək.

Qeyd edək ki, Qor Manvelyan Fransanın U-17 və U-19 yığmalarında çıxış edib.







Avroliqa