- Avroliqa
- 15:52 28.01.2026
"Qarabağ"ın UEFA Avropa Liqasının G qrupundakı oyunlarının təqvimi bəlli olub.
Corner.az-ın məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda ilk matçını sentyabrın 8-də Almaniyada "Frayburq"a qarşı keçirəcək.
Ağdam təmsilçisi sentyabrın 15-də Bakıda Fransa "Nant"ını qəbul edəcək. Oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"un qonağı olacaq "köhlən atlar" oktyabrın 13-də Afina təmsilçisi ilə üz-üzə gələcək.
Ölkə çempionu V turda səfərdə "Nant"la, sonuncu turda isə Bakıda "Frayburq"la üz-üzə gələcək.