23 oktyabr 2024. Çərşənbə

Avropa Liqasında özümüzü sübut etmək istəyirik


  • Avroliqa
  • 14:45 29.08.2022
  • Oxunma sayı: 107
Avropa Liqasında özümüzü sübut etmək istəyirik

"Bu turnirdə ölkəmizi təmsil edirik. Orada özümüzü sübut etmək istəyirik".

Corner.az "Dpa" nəşrinə istinadən xəbər verir ki, bunu "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx deyib.

57 yaşlı mütəxəssis bildirib ki, noyabradək sıx təqvimlə üz-üzə olacaqlar: "Hazırda bu barədə düşünürəm. 4 oyunda 9 xal qazanmışıq və bu, bizə çox kömək edir. Bundesliqada mövsümə yaxşı start vermişik. Ümid edirəm ki, avrokubokda da eyni nəticələri təkrarlayacağıq".

Qeyd edək ki, "Frayburq" Avropa Liqasında ilk görüşünü sentyabrın 8-də "Europa Park" stadionunda "Qarabağ"a qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi