13 may 2026. Çərşənbə

Qarabağ'ın rəqibi səfərdən 1 xalla döndü


  • Avroliqa
  • 22:11 29.08.2022
  • Oxunma sayı: 128
Qarabağ'ın rəqibi səfərdən 1 xalla döndü
Futbol üzrə Yunanıstan çempionatında 2-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos” da növbəti matçına çıxıb.
 
Pirey təmsilçisi səfərdə “Asteras Tripolis”in qonağı olub. Görüşdə qapılara ümumiyyətlə qol vurulmayıb – 0:0.
 
2 turdan sonra 4 xalı olan “Olimpiakos” 14 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.
 
“Qarabağ” “Olimpiakos”a qarşı ilk matçını 6 oktyabrda səfərdə, ikinci oyununu isə 13 oktyabrda Bakıda keçirəcək.






Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"