5 dekabr 2025. Cümə

Qarabağ Frayburq'la oyundan öncə azarkeşlərə müraciət etdi


  • Avroliqa
  • 18:46 02.09.2022
  • Oxunma sayı: 122
Qarabağ Frayburq'la oyundan öncə azarkeşlərə müraciət etdi
"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində "Frayburq"a qarşı keçirəcəyi səfər matçından öncə Almaniyadakı azarkeşlərə müraciət edib. Corner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Europa Park" stadionunda baş tutacaq görüşü izləmək istəyən fanatlar N-16 və N-17 sektorlarının giriş qapısından bilet ala bilərlər. Biletlərin qiyməti 29 avrodur.
 
Sentyabrın 8-də keçiriləcək “Frayburq” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.






Avroliqa