23 oktyabr 2024. Çərşənbə

Olimpiakos'un yeni transferi Qarabağ'ı güclü rəqib adlandırdı


  • Avroliqa
  • 15:04 03.09.2022
  • Oxunma sayı: 133
Olimpiakos'un yeni transferi Qarabağ'ı güclü rəqib adlandırdı

"Rəqiblərimiz güclüdür".

Corner.az-ın məlumatına görə, bunu Yunanıstanın "Olimpiakos" klubunun cənubi koreyalı futbolçusu Hvan Uy Co "To10.gr" saytına müsahibəsində UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışarkən deyib.

İngiltərənin "Nottingem Forest" klubundan icarə əsasında keçən 30 yaşlı hücumçu ilk dəfə bu turnirdə çıxış edəcəyi üçün həyəcanlı olduğunu bildirib: "Növbəti mərhələyə vəsiqə qazanmamağımız üçün hansısa səbəb görmürəm. Biz də rəqiblər qədər güclüyük. Qrup matçlarınadək təkmilləşməli, qarşılaşmalar keçirməli və qollar vurmalıyıq".

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək. G qrupunda həmçinin Almaniyanın "Frayburq" və Fransanın "Nant" komandaları da mübarizə aparacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi