21 mart 2026. Şənbə

Qarabağ'ın rəqibindən inamlı qələbə


  • Avroliqa
  • 13:01 04.09.2022
  • Oxunma sayı: 146
Qarabağ'ın rəqibindən inamlı qələbə
Futbol üzrə Yunanıstan çempionatında 3-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos” da növbəti matçına çıxıb.
 
Pirey təmsilçisi doğma meydanda “İonikos”la qarşılaşıb. Dörd qolun qeydə alındığı matçda meydan sahiblər qələbəyə sevinən tərəf olub – 3:1.
 
3 turdan sonra 7 xalı olan “Olimpiakos” 14 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.
 
“Qarabağ” “Olimpiakos”a qarşı ilk matçını 6 oktyabrda səfərdə, ikinci oyununu isə 13 oktyabrda Bakıda keçirəcək.






Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"