23 oktyabr 2024. Çərşənbə

Qarabağ güclüdür amma ...


  • Avroliqa
  • 13:11 04.09.2022
  • Oxunma sayı: 108
Qarabağ güclüdür amma ...
"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Olimpiakos”un yeni transferi Xvan İn Bom Yunanıstan mətbuatına müsahibə verib. Corner.az saytı xəbər verir ki, cənubi koreyalı yarımmüdafiəçi komandasının qitəmiqyaslı klub turnirindəki şanslarını dəyərləndirib.
 
26 yaşlı yarımmüdafiəçi güclü qrupa düşdüklərini vurğulayıb. Buna baxmayaraq, o, Pirey təmsilçisinin növbəti mərhələyə adlamaq gücündə olduğu fikrindədi:
 
“İlk dəfə Avropa Liqasında oynayacağım üçün çox həyəcanlıyam. Rəqiblərimiz güclüdü, amma növbəti mərhələyə vəsiqə qazanmamağımız üçün heç bir səbəb görmürəm. Onlar güclüdü, ancaq biz də güclüyük. Qrup mərhələsi başlamazdan əvvəl yaxşılaşmalı, öz oyunumuzu göstərməli və qollar vurmalıyıq. Onda şanslarımız olacaq”.
 
Qeyd edək ki, “Olimpiakos” Avropa Liqasının qrup mərhələsində ilk oyununu sentyabrın 8-də səfərdə “Nant”a qarşı keçirəcək. Yunanıstan çempionunun “Qarabağ”la matçları oktyabrın 6-da evdə, 13-də isə səfərdə olacaq.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi