23 oktyabr 2024. Çərşənbə

Qarabağ'ın səfər planı dəqiqləşdi


  • Avroliqa
  • 09:36 05.09.2022
  • Oxunma sayı: 133
Qarabağ'ın səfər planı dəqiqləşdi

Avropa Liqasının qrup mərhələsində “Frayburq”la qarşılaşacaq “Qarabağ” sabah saat 17:00-da səfərə yola düşəcək. Corner.az xəbər verir ki, Frayburq şəhərində hava limanı olmadığı uçün Ağdam təmsilçisini aparacaq təyyarə 5 saatlıq uçuşdan sonra əvvəlcə İsveçrənin Bazel şəhərinə eniş edəcək. Oradan isə komanda 60 kilometr məsafədə yerləşən Frayburqa yola düşəcək.

Sentyabrın 7-də yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə saat 21:40) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.

“Frayburq”la matç sentyabrın 8-də keçiriləcək. Ağdam klubu Bakıya sentyabrın 9-da qayıdacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi