23 oktyabr 2024. Çərşənbə

Ronaldo 20 ildən sonra AL-nın oyunları üçün sifariş olundu


  • Avroliqa
  • 09:50 06.09.2022
  • Oxunma sayı: 306
Ronaldo 20 ildən sonra AL-nın oyunları üçün sifariş olundu

İngiltərənin "Mançester Yunayted" klubu UEFA Avropa Liqasının oyunları üçün sifariş ərizəsini açıqlayıb.

Corner.az məlumatına görə, siyahıda portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun da adı yer alıb.

37 yaşlı futbolçu heyətdə yer alan 5 hücumçudan biridir.

"Qırmızı şeytanlar" qrup mərhələsində Kiprin "Omoniya", Moldovanın "Şerif" və İspaniyanın "Real Sosyedad" klubları ilə üz-üzə gələcək.

Qeyd edək ki, Kriştiano Ronaldo son olaraq, 2002/2003 mövsümündə Avropa Liqasında çıxış edib. Həmin vaxt turnir UEFA Kuboku adlanırdı və forvard Portuqaliya "Sportinq"inin formasını geyinirdi.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi