23 oktyabr 2024. Çərşənbə

Qarabağ böyük və zəngin komandadır


  • Avroliqa
  • 10:03 06.09.2022
  • Oxunma sayı: 145
Qarabağ böyük və zəngin komandadır

"Sonuncu rəqibimiz qruplara düşmək istəyən, böyük və zəngin komanda olan "Qarabağ" idi".

Corner.az=ən məlumatına görə, bunu Çexiyanın "Viktoriya" (Plzen) komandasının futbolçusu Con Moskera "GolCaracol" nəşrinə müsahibəsində deyib.

32 yaşlı yarımmüdafiəçi pley-off mərhələsinin ilk oyununda Bakıda Ağdam klubu ilə qolsuz heç-heçə etdiklərini xatırladıb.

Kolumbiyalı oyunçu 2:1 hesabı ilə qələbə qazandıqları cavab maçtında isə məhsuldar ötürmə ilə yadda qalaraq UEFA Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazandıqlarını söyləyib: "Mən düşünürdüm ki, çempion olduğumuz üçün iki tur oynayacağıq. Amma 3 turun olduğunu söylədilər. İlk rəqibimiz Finlandiya HİK-i idi. Onlar süni örtükdə çıxış edirlər və ora bərbad idi. Daha sonra Moldova "Şerif"i ilə üz-üzə gəldik. Çətin idi. Cavab matçında da qol vurmuşdum".

Moskera hər 3 rəqibi üstələməyin asan olmadığı sözlərini də əlavə edib: "Həqiqət bundadır ki, inamınız varsa, bu 3 klubun böyüklüyünü bilirsinizsə, hər şey mümkündür. Biz də onlarla rəqabətə girmək və bundan zövq almağa çalışırdıq. Amma xoşbəxtik. Bizimlə eyni qrupa düşən rəqibləri gördükdə gülərək, ilk növbədə, gülərək, "bu nədir?" söyləyirik. Biz "ölüm qrupu"nda olsaq da, bundan zövq almaq istəyirik. Belə komandalarla rəqabət aparmağa çalışacağıq".

Qeyd edək ki, "Viktoriya" C qrupunda İspaniyanın "Barselona", Almaniyanın "Bavariya" və İtaliyanın "İnter" klubları ilə üz-üzə gələcək.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi