29 yanvar 2026. Cümə axşamı

Bizə əlavə motivasiya lazım deyil


  • Avroliqa
  • 22:16 07.09.2022
  • Oxunma sayı: 134
Bizə əlavə motivasiya lazım deyil
"Qarabağ”ın yarımmüdafiəçisi Marko Veşoviç Avropa Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində “Frayburq”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, bu gün Almaniyada baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Sabahkı oyunu böyük həvəslə gözləyirik. Matça hazırıq. Rəqibi yaxşı analiz etmişik. Bizim təcrübəmiz var. Bu görüşədək avrokuboklarda bir neçə qarşılaşmada iştirak etmişik. Kollektivdə yaxşı abu-hava var. Rəqib Almaniya Bundesliqasında birinci pillədədir. Bizə əlavə motivasiya lazım deyil. Sabahkı qarşılaşmaya tam hazırıq”.






Avroliqa