12 aprel 2026. Bazar günü

Qarabağ Çempionlar Liqasında oynamalı idi


  • Avroliqa
  • 13:02 08.09.2022
  • Oxunma sayı: 170
Qarabağ Çempionlar Liqasında oynamalı idi
Almaniyanın “Frayburq” komandasının baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Qarabağ”ın bu mövsüm əslində UEFA Çempionlar Liqasının qrup mərhələsində oynamalı olduğunu söyləyib.
 
Corner.az xəbər verir ki, 57 yaşlı çalışdırıcı bunu Azərbaycan çempionunun Çexiyanın "Viktoriya" komandasına qarşı keçirdiyi ÇL-in pley-off mərhələsindəki cavab oyunundan danışarkən deyib:
 
“Mən "Qarabağ"ın "Viktoriya" ilə oyunlarına baxmışam. "Viktoriya" iki dəfə çərçivəyə zərbə vurdu və layiq olmadığı şəkildə 2:1 hesabı ilə qalib gəldi. Əks halda, "Qarabağ" Çempionlar Liqasında oynamalı idi”.
 
“Frayburq” bu gün Avroliqanın qrup mərhələsinin ilk turu çərçivəsində öz meydanında “Qarabağ”la qarşılaşacaq. Bu oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.






Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"