29 yanvar 2026. Cümə axşamı

Qarabağ'ın rəqibi baş məşqçisiz qala bilər


  • Avroliqa
  • 13:05 08.09.2022
  • Oxunma sayı: 205
Qarabağ'ın rəqibi baş məşqçisiz qala bilər
"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransanın "Nant" klubu baş məşqçisi Antuan Kombuareni istefaya göndərə bilər. Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində bu gün baş tutacaq Yunanıstan “Olimpiakos”u ilə matçda məğlubiyyət Kombuarenin istefasını rəsmiləşdirə bilər.
 
“Nant” Fransa çempionatında da yeni mövsümə uğursuz start verib. Komanda 6 oyuna cəmi 1 qələbə qazanaraq, 6 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.
 
“Nant” - “Olimpiakos” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Fransa təmsilçisinin “Qarabağ”la ilk oyunu sentyabrın 15-də Bakıda olacaq.






Avroliqa