29 yanvar 2026. Cümə axşamı

Qarabağ səfərdə Frayburq'a məğlub oldu


  • Avroliqa
  • 09:29 09.09.2022
  • Oxunma sayı: 161
Qarabağ səfərdə Frayburq'a məğlub oldu

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxıb. Corner.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Almaniyada “Frayburq”un qonağı olub.

“Europa Park” stadionunda keçirilən qarşılaşmanı belçikalı Erik Lambrextsin başçılıq erdiyi hakimlər briqadası idarə edib.

Azərbaycan çempionu ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində mübarizəyə başlayıb. "Köhlən atlar" uğurlu başlanğıc üçün ən azı 1 xalla səfərdən dönməli idi. Amma görüş “Qarabağ” üçün uğurlu alınmayıb. Belə ki, Ağdam təmsilçisi 15 dəqiqəyə qapısında 2 qol görüb. Fasilə ərəfəsində buraxılan qollardan birinin əvəzini Ağdam təmsilçisi çıxsa da, ikinci hissədə hesab dəyişməyib və meydan sahibləri qələbəyə sevinən tərəf olub.

G qrupunun digər oyununda “Nant” Fransada Yunanıstan “Olimpiakos”unu qəbul edib. Üç qolun qeydə alındığı bu oyunda da meydan sahibləri qalib gəliblər – 2:1.

Avropa Liqası
G qrupu
8 sentyabr

Frayburq – Qarabağ 2:1
Qol: V.Qrifo, 7-pen. R.Doan, 15 – M.Veşoviç, 39.
Baş hakim: Erik Lambrexts (Belçika).
Frayburq. “Europa Park” stadionu.

Frayburq: 26. Mark Flekken, 3. Filip Linhardt, 8. Maksimilian Eggeştayn, 18. Nils Petersen, 25. Kiliann Sildillia, 27. Nikolas Höfler, 28. Mattias Ginter, 29. Çon U Yon, 30. Kristian Günter (k), 32. Vinçentso Qrifo, 42. Ritsu Doan.
Ehtiyat oyunçular: 1. Benjamin Uphof, 21. Noa Atubolu, 2. Uqo Sike, 7. Conatan Şmid, 11. Daniel Kofi Kyere, 14. Yannik Keytel, 17. Lukas Kübler, 23. Robert Vaqner, 31. Keven Şlotterbek, 22. Noa Vayshaupt, 34. Merlin Röhl, 38. Mixael Qreqoriç.
Baş məşqçi: Kristian Ştrayx.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 6. Julio Romao, 7. Riçard Almeyda, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.







Avroliqa