23 oktyabr 2024. Çərşənbə

Avroliqa: Fənərbaxça qələbə, Mançester Yunayted məğlubiyyətlə başladı


  • Avroliqa
  • 09:39 09.09.2022
  • Oxunma sayı: 138
Avroliqa: Fənərbaxça qələbə, Mançester Yunayted məğlubiyyətlə başladı

Avropa Liqasında qrup mərhələsinə start verilib. Corner.az xəbər verir ki, ilk turun bütün oyunları eyni gündə keçirilib. Görüşlərin yarısı Bakı vaxtı ilə saat 20:45-də, qalanları isə 23:00-da başlayıb.

G qrupunda yer alan Azərbaycan çempionu “Qarabağ” Almaniyada “Frayburq”un qonağı olub və 1:2 hesabıyla məğlub olub. Bu qrupun digər matçında “Nant” Fransada Yunanıstan “Olimpiakos”una 2:1 hesabıyla qalib gəlib.

Türkiyə klublarından “Fənərbaxça” Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edib. Üç qolun qeydə alındığı matçda İstanbul təmsilçisi qalib gəlib. “Trabzonspor” isə Macarıstanda “Ferentsvaroş”la üz-üzə gəlib və məğlubiyyətlə üzləşib.

İngiltərə "Arsenal"ı səfərdə İsveçrə "Sürix"inin qonağı olub və çətin qələbə qazanıb. Niderland PSV-si doğma meydanda Norveç "Bodo Qlimt"i ilə bacarmayıb.  

İtaliya "Roma"sı səfərdə Bolqarıstan "Ludoqorets"in qonağı olub və məğlubiyyətə üzülüb. İngiltərə "Mançester Yunayted"i isə doğma meydanda İspaniya "Real Sosyedad"ına minimal hesabla uduzub.

Avropa Liqası 
Qrup mərhələsi, 1-ci tur
8 sentyabr

A qrupu

Sürix (İsveçrə) – Arsenal (İngiltərə) 1:2
Qol: Kryeziu, 44 – Markinyos, 16. Nketia, 62.

PSV (Niderland) – Bodo Qlimt (Norveç) 1:1
Qol: Qakpo, 62 – Qronbaek, 44.

B qrupu

AEK (Larnaka, Kipr) – Renn (Fransa) 1:2
Qol: Oyer, 33 – Teate, 29. Assiqnon, 90+4.

Fənərbaxça (Türkiyə) – Dinamo (Kiyev, Ukrayna) 2:1
Qol: Q.Enrike, 35. Batşuayi, 90+2 – Tsiqankov, 63.

C qrupu

Ludoqorets (Bolqarıstan) – Roma (İtaliya) 2:1
Qol: Kauli, 72. Nonato, 88 – Şomurodov, 86.

HJK (Finlandiya) – Betis (İspaniya) 0:2
Qol: V.Xose, 45+3; 63.

D qrupu

Malmö (İsveç) – Braqa (Portuqaliya) 0:2
Qol: B.Rodriqes, 30. Horta, 70.

Union Berlin (Almaniya) – Yunion (Belçika) 0:1
Qol: Linen, 39.

E qrupu

Mançester Yunayted (İngiltərə) – Real Sosyedad (İspaniya) 0:1
Qol: B.Mendes, 59.

Omoniya (Kipr) – Şerif (Moldova) 0:3
Qol: Akanbi, 2. Atiemven, 54. Diop, 76.

F qrupu

Latsio (İtaliya) – Feyenoord (Niderland) 4:2
Qol: L.Alberto, 4. F.Anderson, 15. Vesino, 28; 63 – S.Ximenes, 69; 88.

Şturm (Avstriya) – Midtyulland (Danimarka) 1:0
Qol: Emeqa, 8.

G qrupu

Frayburq (Almaniya) – Qarabağ (Azərbaycan) 2:1
Qol: V.Qrifo, 7-pen. R.Doan, 15 – M.Veşoviç, 39.

Nant (Fransa) – Olimpiakos (Yunanıstan) 2:1
Qol: M.Məhəmməd, 32. Gessand, 90+3 – Mutussami, 50-öz qapısına.

H qrupu

Srvena Zvezda (Serbiya) – Monako (Fransa) 0:1
Qol: Mbolo, 74-pen.

Ferentsvaroş (Macarıstan) – Trabzonspor (Türkiyə) 3:2
Qol: Nquen, 5; 44. Traore, 29 – M.Qomes, 39. U.Bozok, 71.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi