23 oktyabr 2024. Çərşənbə

Hərdən Qarabağ'ı sadəcə izləyirdik


  • Avroliqa
  • 15:08 09.09.2022
  • Oxunma sayı: 126
Hərdən Qarabağ'ı sadəcə izləyirdik

"Üç xal qazandığımız üçün məmnunuq. Hesab 2:0 olduqdan sonra rahat atmosfer yarandı və insanlar düşündülər ki, asan oyun və əsl futbol şənliyi olacaq. Matçın startının uğurlu alınması məni də təəccübləndirdi".

Corner.az-ın məlumatına görə, bunu Almaniya "Frayburq"unun futbolçusu Nils Petersen evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının G qrupunun I tur matçı barədə "Kicker" nəşrinə müsahibəsində deyib.

33 yaşlı hücumçu buraxdıqları qoldan sonra yaxşı oynamadıqlarını bildirib: "Bir anlıq çaşqınlıq yarandı. Düzdür, qələbə qazandıq. Amma bu oyunu tənqidi təhlil edəcəyik. Bizim üçün çətin başlanğıc idi".

Almaniyalı oyunçu "Qarabağ"ın həqiqətən yaxşı komanda olduğunu söyləyib: "Hamı istənilən halda bizdən qələbə gözləyirdi. Amma rəqib pis oynamadı. Təsnifat mərhələsində bir neçə güclü komandanı mübarizədən kənarlaşdırıb. Qrupda bir neçə xal qazanacaqlarını düşünürəm".

Petersen ilk 25 dəqiqədən sonra zəif çıxış etmələrinin səbəbini açıqlayıb: "Rəqibin əlinə oynamağa başladıq. Nəticədə onlara boş sahə verdik. Qonaqların əsas istəyi də məhz bu idi. Topla çox yaxşı rəftar edirdilər. Hərdən sadəcə, onları izləyirdik. Bəzi epizodlarda isə rəqibi topdan məhrum edirdik. Lakin bu, tez-tez olmurdu. Xoşbəxtlikdən, qalib gəldik. Əsas nəticədir.“Qarabağ” bizdən qat-qat artıq beynəlxalq təcrübəyə malikdir. Fikrimcə, gələn həftə Pireydə bu cür təzyiqə məruz qalmayacağıq".

Qeyd edək ki, "Qarabağ" və "Frayburq" arasında növbəti oyun noyabrın 3-də Bakıda keçiriləcək.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi