23 oktyabr 2024. Çərşənbə

Nant qrupunun ən təhlükəli komandasıdır

Real, Marselo


  • Avroliqa
  • 19:39 09.09.2022
  • Oxunma sayı: 101
Nant qrupunun ən təhlükəli komandasıdır
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Frayburq”a (Almaniya) qarşı keçirdikləri səfər oyunundan danışıb. Corner.az xəbər verir ki, o, bu gün Bakıda Heydər Əliyev adına Hava Limanında jurnalistlərə açıqlamasında 1:2 hesabıyla məğlub olduqları matçla bağlı bunları deyib:
 
“Maraqlı oyun oldu. Məğlub olsaq da, sonadək inamımızı itirmədik və yaxşı mübarizə apardıq. Futbolçular getdikcə təcrübə qazanırlar. İlk dəqiqələrdə böyük zərbə aldıq. Əvvəlcə qapımıza penalti təyin olundu, ardınca isə 2-ci topu buraxdıq. Buna baxmayaraq, meydanda konsentrasiyamızı qoruyub saxlaya bildik, rəqibdən çəkinmədik, onların üstünə getdik. Futbolçular böyük iş gördülər. Bu istəyi və inamı qoruya bilsək, daha yaxşı nəticələr olacaq”.
 
O, qrup mərhələsinin 2-ci turunda Bakıda qarşılaşacaqları Fransanın "Nant" klubu haqqında da danışıb: "Bu rəqibin matçlarına baxmışam. Bir az fərqli sistemdə oynayır. Heç də asan rəqib deyil. İlk turdan göründü ki, bütün komandalar iddialıdır. Bakıda oynayacağıq. Rəqibi analiz edib, düzgün oyun qurmağa çalışacağıq. "Nant"a qalib gəlmək istəyiriksə, ilk matçdakından daha çox güc sərf etməliyik. Bəlkə də qrupun ən təhlükəli komandasıdır”.
 
“Qarabağ” - "Nant" matçı sentyabrın 15-də keçiriləcək






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi