23 oktyabr 2024. Çərşənbə

Nant'ın baş məşqçisi Bakıya səfərindən gileyləndi


  • Avroliqa
  • 12:20 11.09.2022
  • Oxunma sayı: 176
Nant'ın baş məşqçisi Bakıya səfərindən gileyləndi
Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəkləri səfər oyunu ilə bağlı açıqlama verib. Corner.az xəbər verir ki, o, Ağdam klubu ilə oyun üçün Bakıya səfərin çox çətin olacağını bildirib:
 
“Qarabağ”la oyun üçün səyahət çox çətindir. Bərpa və məşqlər üçün infrastruktur məsələləri var. Avrokubok matçından 3 gün sonra çempionatda "Lans"la üz-üzə gələcəyik. Bakıdakı oyundan sonra və ya ertəsi gün Fransaya qayıdacağımızı hələlik bilmirik".
 
“Nant”ın futbolçusu Evan Gessan da 3 gündən bir meydana çıxmağın yorucu olduğunu bildirib. 21 yaşlı fransız forvard Azərbaycana səfər edəcəkləri üçün sevincli olduğunu söyləyib:
 
“Böyük turnirlərdə bu anları yaşamaqdan məmnunam. İstədiyimiz məhz budur. Oyunlarımızın çox olması mənim xoşuma gəlir. Bütün komandalar kimi hədəfimiz mümkün qədər çox xal toplamaq və qrupdan çıxmaqdır”.
 
Liqa 1 təmsilçisi qrupdakı növbəti oyununu Bakıda "Qarabağ"a qarşı keçirəcək. Qarşılaşma sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 20:45-də başlayacaq.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi