21 mart 2026. Şənbə

Qarabağ'ın rəqibi evdə xal itirdi


  • Avroliqa
  • 00:30 12.09.2022
  • Oxunma sayı: 180
Qarabağ'ın rəqibi evdə xal itirdi
Futbol üzrə Yunanıstan çempionatında 4-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos” da növbəti matçına çıxıb.
 
Pirey təmsilçisi doğma meydanda “Volos”u qəbul edib. Bu matçda tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər – 1:1. 
 
4 turdan sonra 8 xalı olan “Olimpiakos” 14 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.
 
“Qarabağ” “Olimpiakos”a qarşı ilk matçını 6 oktyabrda səfərdə, ikinci oyununu isə 13 oktyabrda Bakıda keçirəcək.






Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"