20 mart 2026. Cümə

“Arsenal” Mxitaryanı Bakıya gətirməyəcək


  • Avroliqa
  • 09:31 17.05.2019
  • Oxunma sayı: 686
“Arsenal” Mxitaryanı Bakıya gətirməyəcək

“Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryan Avropa Liqasının Bakıda keçiriləcək final oyununda iştirak etməyəcək.

Corner.az-ın “The Times” nəşrinə istinadən məlumatına görə, 30 yaşlı futbolçu “Chelsea” ilə mayın 29-da keçiriləcək görüşə gətirilən heyətdə olmayacaq.

Futbolçunun Londonda qalması klub rəhbərliyinin təhlükəsizliklə bağlı düşüncələri ilə bağlıdır. İngiltərəlilər H.Mxitaryanın Azərbaycana gəlməsi ətrafında yaranacaq səs-küyün həlledici matçda komandaya mənfi təsir edə biləcəyindən ehtiyatlanır.

Qeyd edək ki, H.Mxitaryan Dortmund “Borussa”sında çıxış etdiyi vaxt “Qəbələ”, “Arsenal”ın heyətində isə “Qarabağ”la Bakıda keçirilən görüşlərə də gəlməyib.







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"