23 oktyabr 2024. Çərşənbə

Nant klubunun Bakıya səfər proqramı bəlli oldu


  • Avroliqa
  • 17:31 13.09.2022
  • Oxunma sayı: 110
Nant klubunun Bakıya səfər proqramı bəlli oldu

UEFA Avropa Liqasının G qrupunun II turunda "Qarabağ"ın qonağı olacaq Fransanın "Nant" komandasının Bakıya səfər proqramı bəlli olub.

Corner.az "actu.fr" saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi bu gün saat 22:00-da Azərbaycan paytaxtında olacaq.

Sentyabrın 14-də komandanın baş məşqçisi Antuan Kambuarrenin oyun öncəsi mətbuat konfransı keçiriləcək. Ardınca isə media üçün ilk 15 dəqiqəsi açıq məşq prosesi baş tutacaq.

"Nant" qarşılaşmadan dərhal sonra Fransaya qayıdacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi