5 dekabr 2025. Cümə

Qarabağ UEFA-dan cavab gözləyir


  • Avroliqa
  • 13:43 14.09.2022
  • Oxunma sayı: 138
Qarabağ UEFA-dan cavab gözləyir
Avropa Liqasının qrup mərhələsinin II turunun "Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər. Corner.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov açıqlayıb.
 
Qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında çıxış edən 50 yaşlı mütəxəssis Azərbaycan-Ermənistan sərhədində şəhid olan hərbiçilərimizə görə matçın sükutla başlaması üçün klub tərəfindən UEFA-ya müraciət olunduğunu söyləyib: "Nə qərar verəcəklərini sabah bizə bildirəcəklər".
 
Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.






Avroliqa