23 oktyabr 2024. Çərşənbə

Qarabağ'la matça tam hazırıq


  • Avroliqa
  • 17:46 14.09.2022
  • Oxunma sayı: 105
Qarabağ'la matça tam hazırıq
Fransanın “Nant” komandasının yarımmüdafiəçisi Lüdovik Blas Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Yol problem deyil. Uyğunlaşmaq üçün bir az tez gəldik. Tam olaraq matça hazırıq".
 
25 yaşlı futbolçu Yunanıstan "Olimpiakos"u ilə görüşdən sonra bəzi çətinliklərin olduğunu bildirib: "Buna baxmayaraq, sabahkı matçda yaxşı oynamaq istəyirik”.
 
Blas "Nant"ın stabil çıxış edə bilməməsi barədə də danışıb: "Düşünürəm ki, evdə oynayanda daha rahat oluruq. Azarkeş amili də rol oynayır. Amma ölkə xaricində niyə belə çıxış etdiyimizi deyə bilmərəm”.
 
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya saat 20:45-də start veriləcək.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi