- Avroliqa
- 01:59 28.11.2025
Fransanın "Nant" klubunun futbolçusu Şarl Traore Bakıda "Qarabağ"a qarşı keçiriləcək UEFA Avropa Liqasının G qrupunun II tur matçını buraxacaq.
Corner.az xəbər verir ki, 30 yaşlı müdafiəçi zədə səbəbindən oyunda komandasına kömək edə bilməyəcək. Liqa 1 təmsilçisinin heyətində malili oyunçudan başqa, hər hansı itki yoxdur.
Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.