- Avroliqa
- 01:59 28.11.2025
Fransanın "Nant" klubu Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu üçün sifariş etdiyi futbolçular açıqlanıb.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, səfər matçında 20 oyunçu baş məşqçi Antuan Kambuarenin sərəncamında olacaq.
Qapıçılar: 1. Alban Lyafon, 16. Remi Deskam, 30. Denis Petriç
Müdafiəçilər: 2. Fabio, 3. Andrey Cirotto, 4. Nikolya Pallua, 12. Dennis Appia, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korşya, 29. Kenten Merlen
Yarımmüdafiəçilər: 5. Pedro Çirivelya (İspaniya), 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 17. Mussa Sissoko
Hücumçular: 7. Evann Gessan, 11. Markus Koko, 14. İqnatius Qanaqo (Kamerun), 27. Moyzes Simon (Nigeriya), 31. Mustafa Məhəmməd (Misir), 55. Abdul-Kader Bamba
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.