5 dekabr 2025. Cümə

Qarabağ Nant'ı darmadağınla yola saldı


  • Avroliqa
  • 23:04 15.09.2022
  • Oxunma sayı: 158
Qarabağ Nant'ı darmadağınla yola saldı

"Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində ikinci oyununa çıxıb. Corner.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda  Fransanın “Nant” komandası ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionununda keçirilən oyunu Albaniyadan olan hakimlər briqadası idarə edib.

“Qarabağ” ilk turda səfərdə Almaniyanın “Frayburq” komandasına 1:2 hesabı ilə məğlub olmuşdu. “Nant” isə doğma meydanda Yunanıstan “Olimpiakos”unu oxşar hesabla məğlub etmişdi. Qurban Qurbanovun komandası Bakıdakı görüşdə qrup mərhələsində ilk xal və xallarını qazanmağı hədəfləmişdi. "Köhlən atlar" istəyinə  rəqib qapısından 3 cavabsız top keçirərək çatıb.

Qrupun digər oyununda “Olimpiakos” “Frayburq”u qəbul edib. Bu oyunda isə qonaqlar böyük hesabla qalib gəliblər.

Avropa Liqası
G qrupu, 2-ci tur
15 sentyabr

Qarabağ – Nant 3:0
Qol: K.Ovusu, 60. A.Zubir, 65. M.Yankoviç, 72.
Hakimlər: Enea Yorqyiy, Denis Reca, Ridiger Çokay, Yucin Caya (hamısı Albaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.







Avroliqa