- Avroliqa
- 15:52 28.01.2026
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"ın Bakıda Fransa "Nant"ına qalib gəldiyi UEFA Avropa Liqasının II tur oyunu ilə bağlı paylaşım edib.
Corner.az-ın məlumatına görə, 40 yaşlı mütəxəssis "İnstaqram" hesabında Ağdam klubununun çalışdırıcısı Qurban Qurbanovla fotosunu paylaşaraq, bu sözləri yazıb:
"Hocam, bu qələbəyə çox ehtiyacımız var idi. Şəhidlər ölməz! Allah ordumuzu qorusun"!
Qeyd edək ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda oynanılmış görüşdə "Nant"ı 3:0 hesabı məğlub edib.