29 yanvar 2026. Cümə axşamı

Avropa Liqası:Qarabağ ilk üçlük'də!


  • Avroliqa
  • 11:18 16.09.2022
  • Oxunma sayı: 193
Avropa Liqası:Qarabağ ilk üçlük'də!
UEFA Avropa Liqasında qrup mərhələsinin II tur oyunlarından sonra komandaların statistik göstəriciləri açıqlanıb. Corner.az xəbər verir ki, Fransanın "Nant" klubunu məğlub edən (3:0) "Qarabağ" ən çox zərbə vuran komandalar arasındadır. Bu göstəricidə 4-cü olan "atlılar" qapıya ümumi 30 zərbə endirib. Bunlardan 13-ü dəqiq olubsa, 9 zərbə qapıdan yan keçib. 8 zərbənin qarşısı rəqib oyunçular tərəfindən alınıb.
 
"Qarabağ"ın topla oynama faizi isə ortalama 57-dir. Azərbaycan çempionu bu göstəricidə 7-ci sıradadır. Qurban Qurbanovun komandasının ötürmə dəqiqliyi isə 80,5 faizdir.
 
"Atlılar" hücum cəhdləri sayında isə 3-cüdür. "Qarabağ" 85 hücumla İtaliyanın "Roma" (95) və Fransanın "Renn" (87) klubundan geri qalır.
 
"Qarabağ" qrupda keçirdiyi iki oyunda 4 qol vurub, 2-sini buraxıb. G qrupunda "Frayburq", "Olimpiakos" və "Nant"la mübarizə aparan "Qarabağ" 3 xalla 2-ci pillədədir. 






Avroliqa