11 aprel 2026. Şənbə

Avropa Liqasında yeni rekordçu


  • Avroliqa
  • 09:39 17.09.2022
  • Oxunma sayı: 155
Avropa Liqasında yeni rekordçu
İspaniyanın “Betis” komandasının kapitanı Xoakin Sançes Avropa Liqasının tarixinə düşüb. Corner.az xəbər verir ki, İspaniya millisinin sabiq üzvü buna qrup mərhələsinin 2-ci turunda Bolqarsıtanın "Ludoqorets" klubu ilə görüşdə (3:2) qol vurmaqla nail olub.
 
O, matçın 39-cu dəqiqəsində fərqlənib. 41 yaş 56 günlüyündə olan yarımmüdafiəçi Avropa Liqasında qol vurmağı bacaran ən yaşlı futbolçuya çevrilib.
 
Bunadək rekord “Molde”dən Daniel Hestada məxsus idi - 40 yaş 98 gün.






Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"