23 oktyabr 2024. Çərşənbə

Olimpiakos Qarabağ'la oyuna köklənə bilməsə, böyük problem yaşayacaq


  • Avroliqa
  • 14:01 17.09.2022
  • Oxunma sayı: 125
Olimpiakos Qarabağ'la oyuna köklənə bilməsə, böyük problem yaşayacaq
“Zirə”nin müdafiəçisi Dmitrios Çantakias Pirey təmsilçisinin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəyi oyunlardakı şansları haqda danışıb. Corner.az xəbər verir ki, 27 yaşlı yunan futbolçu ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
 
“Olimpiakos" son illərdəki kimi matça köklənə bilməsə, böyük problem yaşayacaq. “Qarabağ”ın 6-7 oyunçusu uzun illərdir birlikdə çıxış edirlər. Onların əsas “silahları” 5 oyunçudur. Bunlardan biri olan Marko Yankoviç vaxtilə "Olimpiakos"da da çıxış edib. Sağ cinah müdafiəçisi Marko Veşoviç təhlükəli oyunçudur. Abdulla Zubir ilə Kvabena Ovusu irəli xətdə təhlükəlidir və qollar vururlar. Filip Ozobiçi də bu siyahıya əlavə edirəm. Bu oyunçular xüsusi fərq yaradır. "Olimpiakos" bunu düzgün qiymətləndirməsə, problem yaşayacaq".
 
“Qarabağ" qrup mərhələsindəki növbəti oyununu oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi