21 mart 2026. Şənbə

Qarabağ'ın rəqibi səfərdən xalsız döndü


  • Avroliqa
  • 00:33 19.09.2022
  • Oxunma sayı: 155
Qarabağ'ın rəqibi səfərdən xalsız döndü
Futbol üzrə Yunanıstan çempionatında 5-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos” da növbəti matçına çıxıb.
 
Pirey təmsilçisi səfərdə “Aris”in qonağı olub. Üç qolun qeydə alındığı matçda “Qarabağ”ın rəqibi 1:2 hesablı məğlubiyyətlə üzləşib. 15-ci dəqiqədə hesabı açan qonaqlar 76 və 80-ci dəqiqələrdə buraxdığı qollarla meydandan xalsız ayrılıb 
 
5 turdan sonra 8 xalı olan “Olimpiakos” 14 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.
 
“Qarabağ” “Olimpiakos”a qarşı ilk matçını 6 oktyabrda səfərdə, ikinci oyununu isə 13 oktyabrda Bakıda keçirəcək.






Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"