23 oktyabr 2024. Çərşənbə

Avropanın yenilməzləri: Qarabağ, Real və başqaları


  • Avroliqa
  • 16:07 19.09.2022
  • Oxunma sayı: 158
Avropanın yenilməzləri: Qarabağ, Real və başqaları
Cari mövsümdə Avropada yerli çempionatlarda keçirdiyi bütün oyunlarda qələbə qazanan komandalar məlum olub. Corner.az xəbər verir ki, 15 yenilməz klubun olduğu siyahıda “Qarabağ”ın da adı var.
 
“Köhlən atlar” Azərbaycan Premyer Liqasında keçirdiyi 6 oyunun hamısında meydanı 3 xalla tərk edib. Komandanın 3-cü turda “Turan Tovuz”la matçı noyabrın 9-na təxirə salınıb.
 
“Böyük beşlik” ölkələrində yalnız “Real” İspaniya La Liqasındakı 6 oyunun hamısında qalib gəlib.
 
Belçikada “Antverpen” (9), Şimali Makedoniyada “Struqa”, Portuqaliyada “Benfika” (7), Lüksemburqda “Düdelanj” (7), Macarıstanda “Ferentsvaroş” (6), Yunanıstanda “Panatinaikos” (5), Maltada “Birkirkara” və “Hamrun” (hər ikisi 4), Ukraynada “Dnepr-1” (3), San Marinoda “Pennarossa”, “Kosmos” və “Fiorita”, Andorrada isə “İnter Eskaldes” (2) çempionatdakı bütün oyunlarını qələbə ilə başa vurub.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi