23 oktyabr 2024. Çərşənbə

Marselo Qarabağ'la oyunda debüt edəcək


  • Avroliqa
  • 09:49 27.09.2022
  • Oxunma sayı: 128
Marselo Qarabağ'la oyunda debüt edəcək

"Olimpiakos"un yeni transferi Marselo Yunanıstan təmsilçisindəki ilk oyununu UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"a qarşı keçirə bilər.

Corner.az "Sentragoal" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçinin Pirey təmsilçisindəki debütü məhz avrokubok matçına təsadüf edəcək.

Baş məşqçi Miçel Qonsales braziliyalı ulduz futbolçuya ikinci hissədə şans vermək niyyətindədir.

Marselonun oktyabrın 2-də "Atromitos"a qarşı Yunanıstan Super Liqasının VI tur matçında isə çıxış etməyəcək.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi