23 oktyabr 2024. Çərşənbə

Çexiyalı qapıçı Qarabağ'la oyunu buraxa bilər


  • Avroliqa
  • 12:52 27.09.2022
  • Oxunma sayı: 105
Çexiyalı qapıçı Qarabağ'la oyunu buraxa bilər

Yunanıstanın "Olimpiakos" klubu qapıçısı Tomaş Vatslik evdə "Qarabağ"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda iştirak etməyə bilər.

Corner.az "Sdna.gr" saytına istinadən xəbər verir ki, Pirey təmsilçisinin baş məşqçisi Miçel Qonsales Çexiya millisində də çıxış edən 33 yaşlı qolkiperin oyunundan razı deyil.

59 yaşlı mütəxəssis bu səbəbdən qarşıdakı bir neçə görüşdə 20 yaşlı Kostas Tsolakisə şans verməyi planlaşdırır.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi