23 oktyabr 2024. Çərşənbə

Olimpiakos'da Qarabağ'la oyundan öncə 2 ciddi itki


  • Avroliqa
  • 10:44 28.09.2022
  • Oxunma sayı: 149
Olimpiakos'da Qarabağ'la oyundan öncə 2 ciddi itki

Yunanıstanın "Olimpiakos" klubunun iki əsas futbolçusu "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl zədələnib.

Corner.az-ın məlumatına görə, qapıçı Tomaş Vatslik Çexiya millisinin və yarımmüdafiəçi Hvan Uy Co Cənubi Koreya millisinin heyətində sıradan çıxıb.

33 yaşlı qolkiper səfərdə İsveçrəyə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur matçında xəsarət alıb. O, 46-cı dəqiqədə Yindrjix Staneklə əvəzlənib

30 yaşlı Hvan Uy Co isə Kameruna qarşı yoldaşlıq görüşündə zədələnib. 72-ci dəqiqədə oyuna daxil olan hücumçu 10 dəqiqə sonra məcburi əvəzlənib.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi