29 yanvar 2026. Cümə axşamı

Çexiyalı qapıçı Qarabağ'a qarşı hər iki oyunu buraxacaq


  • Avroliqa
  • 10:29 29.09.2022
  • Oxunma sayı: 149
Çexiyalı qapıçı Qarabağ'a qarşı hər iki oyunu buraxacaq

Yunanıstanın "Olimpiakos" klubunun əsas qapıçısı Tomaş Vatslik "Qarabağ"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin hər iki oyununu buraxacaq.

Corner.az "Fosonline" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı qolkiperin 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Vatslik Çexiya yığmasının heyətində Millətlər Liqasının son turunda səfərdə İsveçrəyə 1:2 hesabı ilə uduzduqları matçda sağ çiynindən zədə alıb.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.







Avroliqa