6 may 2026. Çərşənbə

Olimpiakos'da Qarabağ'la oyundan öncə növbəti itki


  • Avroliqa
  • 12:42 29.09.2022
  • Oxunma sayı: 163
Olimpiakos'da Qarabağ'la oyundan öncə növbəti itki

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" klubunun daha bir futbolçusu sıradan çıxıb.

Corner.az "Sport24.gr" saytına istinadən xəbər verir ki, Pirey təmsilçisinin seneqallı müdafiəçi Usseynu Ba zədələnib.

26 yaşlı oyunçunun durumuna bu gün aydınlıq gələcək.

Daha əvvəl Yunanıstan klubunun digər müdafiəçisi Panayotis Retsos eyni aqibətlə üzləşib. 24 yaşlı futbolçunun "Qarabağ"a qarşı ilk qarşılaşmanı buraxacağı dəqiqləşib. Bundan əlavə, komandanın əsas qapıçısı Tomaş Vatslikin 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"