5 dekabr 2025. Cümə

Nant - Qarabağ matçının biletləri satışa çıxarıldı


  • Avroliqa
  • 22:11 29.09.2022
  • Oxunma sayı: 146
Nant - Qarabağ matçının biletləri satışa çıxarıldı
Fransanın “Nant” klubu Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəyi oyun üçün biletləri satışa çıxarıb. Corner.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Ən ucuz biletin qiyməti 36 avro, ən bahalı bilet isə 75 avrodur. 
 
Oktyabrın 27-də "Stad de la Bojuar" stadionunda baş tutacaq bu oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Bu komandalar arasında Bakıdakı görüş "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.






Avroliqa