22 oktyabr 2024. Çərşənbə axşamı

Arsenal Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq


  • Avroliqa
  • 11:36 21.05.2019
  • Oxunma sayı: 500
Arsenal Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq
"Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanı Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu üçün ölkəmizə gətirib-gətirməyəcəyi bu gün bəlli olacaq.

Corner.az "The Times" nəşrinə istinadən xəbər verir ki, London klubu günün sonuna kimi yekun qərarını açıqlayacaq.Sözügedən nəşr bir neçə gün öncə 30 yaşlı futbolçunun təhlükəsilzik səbəbindən Bakıya gətirilməyəcəyini yazmışdı.

Xatırladaq ki, AFFA, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi dövlətin adından çıxış edərək, finalda iştirak edən bütün iştirakçıların, o cümlədən Mxitaryanın təhlükəsizliyinə zəmanət verib.

Qeyd edək ki, mayın 29-da "Arsenal" və "Çelsi" komandaları arasında olacaq final matçı yerli vaxtla 23:00-da başlayacaq.





Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi