11 aprel 2026. Şənbə

Mərakeşli hücumçunun Qarabağ'la hər iki oyunu buraxacağı dəqiqləşdi


  • Avroliqa
  • 15:39 03.10.2022
  • Oxunma sayı: 147
Mərakeşli hücumçunun Qarabağ'la hər iki oyunu buraxacağı dəqiqləşdi

Yunanıstan "Olimpiakos"unun futbolçusu Yussef Əl-Arabi UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçiriləcək hər iki oyunu buraxacaq.

Corner.az "Alphanews"a istinadən xəbər verir ki, bu gün tibbi müayinədən keçən mərakeşli hücumçunun durumu ciddidir.

Sağ dizinin yan bağlarında problem aşkarlanan 35 yaşlı hücumçunun ən azı 1 ay yaşıl meydanlardan uzaqda qalacaq.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da Afinada, növbəti matçını isə bundan bir həftə sonra Bakıda keçirəcək.







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"