23 oktyabr 2024. Çərşənbə

Qarabağ'ın rəqibinin qapıçısı əməliyyat olundu


  • Avroliqa
  • 11:01 05.10.2022
  • Oxunma sayı: 101
Qarabağ'ın rəqibinin qapıçısı əməliyyat olundu

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" klubunun əsas qapıçısı Tomaş Vatslik əməliyyat olunub.

Corner.az "Onlarissa" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı qolkiper sağ çiynindən cərrahi müdaxiləyə ehtiyac duyub.

Plzen şəhərində əməliyyat edilən çexiyalı oyunçu 3 ay yaşıl meydanlardan uzaq qalacaq

Vatslik Çexiya yığmasının heyətində Millətlər Liqasının son turunda İsveçrəyə 1:2 hesabı ilə uduzduqları səfər matçında zədələnib.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi